Bakıda dilənçinin fırıldağı paytaxt sakinləri tərəfindən ifşa olunub.
RePost.Az-ın baku.ws-ə istinadən verdiyi məlumatına görə, avtobusa minərək özünü əlill kimi göstərən və pula ehtiyac olduğunu deyən şəxs əslində sağlam biri olub.
Dilənmək və daha çox insandan pul qoparda bilmək üçün özünü əlill kimi göstərən şəxsi vətəndaşlardan biri gizlincə kameraya çəkib. Daha sonra metroya düşən dilənçi eyni üsulla buradada dilənməyə başlayıb.