Vətən Müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb.
 
RePost.Az xəbər verir ki, sözü gedən şəxs dekabrın 31-i ailənin digər üzvləri ilə danışaraq evə gəlib anasına sürpriz edəcəyini deyib. Buna görə də onu qarşılamağa getməyiblər. Əsgər yoldaşları da onun tərxis olunaraq hərbi hissəni tərk etdiyini təsdiqləyiblər. Amma Süleymanov Kamal Ceyhun oğlu evə gedib çıxmayıb.
 
Onu görənlərdən (055) 232 33 53, yaxud (012) 533 64 14 nömrələri əlaqə saxlayaraq məlumat verməsi xahiş olunur.

RePost.Az

Baxış sayı: 2440 | Tarix: 07.01.2021
Bizi Telegramda izləyin: @repostaz