Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 224 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 209 522 nəfər müalicə olunaraq sağalıb, 2 926 nəfər vəfat edib, aktiv xəstə sayı 12 379 nəfərdir.
 
Ölkədə son sutka ərzində 4 086, hazırkı dövrədək isə 2 272 009 test aparılıb.

Baxış sayı: 3276 | Tarix: 11.01.2021
Bizi Telegramda izləyin: @repostaz