Ölkənin əsas magistiral yollarından biri olan Bakı - Şamaxı - Yevlax yolunun Ağsu aşrımından keçən hissəsində torpaq sürüşməsində aktivlik hələ də davam edir.
Yoldan gündəlik istifadə edən sürücülərin
RePost.Az-ın bölgə müxbitrinə dediklərinə görə, iki gün əvvəl torpaq sürüşməsi səbəbindən çökən asflat qatı yenisi ilə əvəz olunsa da, bəzi yerlərdə yeni çatlar yaranıb. Mütəxəssislər hesab edirlər ki, bu çatlar torpaq qatınının axıntısından xəbər verir.
Sürücülərin sözlərinə görə daha çox acnacaqlı vəziyyət duman və şaxtalı hava şəraiti müşahidə olunanda yolun 45, 47, 50 ,51 148, 149 km də çətinlik yaranır. Sürücülər hesab edir ki,əsaslı işlər görülmüyə qədər torpaq axıntısnın qarşısını almaq mümkün olmayacaq.
Yolun təhlükəli olan yerlərinə beton qoruyucalar qoyulsa da,artıq bəzi yerlərdə axan torpaq qatı betonları da təhlükəli vəziyyətə salıb.
İri tutumlu avtomabillərin və avtobusların yola çıxmasının qarşısını almaq üçün yolun 144 və 158-ci km-də dəmir maniyə qoyulub.