Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
 
Bu barədə RePost.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
 
Qeyd edilib ki, yanvarın 13-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində inzibati həbs, 2 815 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
 
"Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

Baxış sayı: 4397 | Tarix: 14.01.2021
Bizi Telegramda izləyin: @repostaz