Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.
 
RePost.Az xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.
 
Fevralın 23-də ilk – Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.
 
Qeyd edək ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də olacaq.

Baxış sayı: 2934 | Tarix: 24.01.2021
Bizi Telegramda izləyin: @repostaz