Virus dondurulma və soyuq saxlama şəraitində uzun müddət yaşaya və qablaşdırmadan insanlara keçə bilər.
 
RePost.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişizadə deyib.
 
Onun sözlərinə görə, son bir ilin təcrübəsi göstərir ki, koronavirus hava-damcı yolu ilə keçir. Eyni zamanda, virus əşyalar vasitəsilə də yayılır. Koronavirusun səthlərdə qalıcılıq müddəti isə müxtəlifdir.
 
Mütəxəssis hesab edir ki, mağazalardan məhsul alarkən əlcəkdən istifadə edilməldir.
 
Həkim-infeksionist xatırladıb ki, virusla bağlı təhülükə hələ qalmaqdadır. Odur ki, sanitar-gigiyenik qaydalara riayət edilməsi vacibdir.

RePost.Az


Baxış sayı: 3504 | Tarix: 24.01.2021
Bizi Telegramda izləyin: @repostaz