Naxçıvan MR Culfa rayonunun Saltaq kənd sakini Yunis İsmayılov Bakı şəhəri, Suraxanı rayonu 32-ci Polis Bölməsində 4 saatdan çox qeyri-qanuni olaraq azadlığının məhdudlaşdırıldığını iddia edir.
RePost.Az-ın məlumatına görə, bu barədə Y.İsmayılovun Daxili İşlər naziri Vilayət Eyvazova ünvanladığı şikayətində bildirilib. İsmayılovun yazdığına görə, 24.01.2021-ci il tarixində Qaraçuxur qəsəbəsində yerləşən avtomobil təmiri sexlərindən birində olarkən polis mayoru Babayev Şəfayət Məmməd oğlu ona yaxınlaşaraq karanitn qaydasını pozduğuna (maskadan düzgün istifadə etmədiyinə görə) xəbərdarlıq edib və barəsində cərimə tətbiq ediləcəyini bildirib.
İsmayılov polisin iradını qəbul edib, lakin şəxsiyyət vəsiqəsi üstündə olmadığından sənədin nömrəsini deyib. Sistemdə baş verən xətaya görə, İsmayılovun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadığından onu 32-ci Polis Bölməsinə aparıblar. Orada barəsində MN0996348 nömrəli protokol tərtib olunub və cəriməni yerindəcə nəğd şəkildə ödəməyi tələb ediblər.
Yunis İsmayılov üzərində yetirincə məbləğ olmadığını və qanunvericilikdə cərimənin yazıldığı an ödənilməsinə dair bir tələb olmadığını xatırlatsa da, bölmə yetkililəri ona bu qaydanın “ağsaqqal” tərəfindən qoyulduğunu bildiriblər və cərinməni ödəməyəcəyi təqdirdə sərbəst buraxılmaycağını bəyan ediblər. Səhər saat 10:00-dan saat 14:00-dək 32-ci Polis Bölməsində saxlanılan İsmayılov məcbur olaraq qohumlarından cəriməni e-manat vasitəsilə ödəməyi xahiş edib. Bu zaman məlum olub ki, cərimə ümumiyyətlə sistemə vurulmayıb.
İsmayılovun dediyinə görə, bundan sonra polislər tələsik cəriməni sistemə yerləşdiriblər. Cərimə ödədildikdən sonra isə onu sərbəst buraxıblar.
İsmayılov onu da qeyd edib ki, bölmədə ondan başqa da onlarla vətəndaş olub. Hamısını da yerindəcə cəriməni ödəməyə məcbur ediblər.
Bundan başqa vətəndaşları karantin qaydalarını pozduğöuna görə cərimə tətbiq edən DİN əməkdaşlarının heç biri maskadan istifadə etməyib. O, yazdığına sübut olraq 32-ci Polis Bölməsində çəkdiyi fotoları da təqdim edib.