Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə RePost.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7458, bu günə qədər isə ümumilikdə 2 380 074 test icra olunub.