Badamdar qəsəbəsindəki sürüşmə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlərə başlanılıb.
RePost.Az-ın məlumatına görə, bunu Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə ərazisində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır: "Bu ərazidə sürüşmə ilk deyil. Ərazi həmişə sürüşməyə meyilli olub. Hazırda ərazidə işlər davam etdirilir".