1912-ci il, Kiyev: Qaregin Njdenin oğlan dostu ilə qucaqlaşaraq, çəkdirdiyi foto. Fotoda soldakı, dostu tərəfindən qucaqlanan Njdedir. Bu, ermənilərin qəhrəmanı Njdenin homoseksual olduğu ehtimallarını sübut edir.
 
RePost.Az xəbər verir ki, Njde ləqəbli Qaregin Ter-Arutyunyan müəllifi olduğu “Tseqarakon” təlimi ilə erməni faşizmini idealogiyalaşdıran əsas şəxsdir. II Dünya müharibəsində Üçüncü Reyxin əsas adamlarından olub və nasistlər tərəfindən yaradılan Cəza legionlarından birinə rəhbərlik edib. 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu ilə Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. 1948-ci həbs edilib, 1957-ci ildə Vladimir həbsxanasında ölüb.
 
 
Ermənistan müstəqillik əldə edəndən sonra Njde bu ölkənin ən böyük qəhrəmanı, onun təlimi isə siyasi idealogiyanın əsasına çevrildi. Misal üçün, 2000-ci ildən 2018-ci ilə qədər Ermənistanı idarə edən Respublika Partiyası Njdenin “Tseqakron” ideoloji təlimindən əsas ideoloji baza olaraq istifadə edib. 2001-ci ildə Ermənistan rəhbərliyinin təşəbbüsü ilə Njdenin 115 illiyi dövlət səviyyəsində qeyd olundu, həmçinin, əsərlərinin ikicildiyi dərc edildi və Ermənistanın Mərkəzi Bankı yubiley sikkəsi olaraq “Qaregin Njde” adına 100 dramı buraxdı. Ermənistan zabitlərinin, gizirlərinin və xüsusi xidmət orqanları əməkdaşlarının mükafatlandırılması üçün Njdenin adına dövlət hərbi mükafatı da təsis olundu. 2003-cü ildə Syunik rayonu ərazisindəki Xustup dağının ətəyində Njdeyə abidə ucaldıldı. 2013-cü ildə Ermənistan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə rejissor Qraçya Keşişyan “Qaregin Njde” adlı film çəkdi. 2016-cı ilin 28 mayında Njdenin 130 illiyi münasibətilə İrəvanın mərkəzində ona 6 metrlik abidə ucaldıldı. O vaxt prezident olan Serj Sarkisyanın da iştirakı ilə abidənin təntənəli açılışı keçirildi.
 
Nikol Paşinyanın dövründə də Njdenin qəhrəmanlaşdırılması davam etdi. Nəhayət, ermənilər Azərbaycan torpaqlarında – Xocavənddə Njdeyə abidə ucaltdılar.
 
Xocavənddə Njdeyə qoyulan abidənin açılışı 2020-ci ilin 15 noyabrında olacaqdı. Abidənin yaradılmasını “Ferzit” tikinti şirkətinin direktoru Artur Xaçatryan maliyyələşdirib, müəllifi heykəltaraş Armen Petrosyandır. Müharibənin başlanması abidənin açılmasına imkan vermədi. 44 günlük müharibənin nəticəsi olaraq, Azərbaycan torpaqlarını işğaldan azad etdi və Xankəndi, Xocalı, Xocavəndi ərazisi erməni vətəndaşların yaşaması üçün ayrıldı. Birgəyaşayışın təmin edilməsi üçün bu ərazilərdə hələlik rusiyalı sülhməramlılar fəaliyyət göstərir.
 
Hərçənd, Njdenin yarmçıq qalmış abidəsi Xocavənddə açıldı. Burada Rusiyanın Hitlerin ordusunda SSRİ-yə qarşı döyüşmüş birinə abidənin açılışına göz yumması, rus sülhməramlılarının funksiyasını yerinə yetirə bilməməsi və ermənilərin bu addımla yeni müharibəyə təhrik etməsi ayrı yazının mövzusudur.
 
Diqqətçəkən məqam Njdenin timsalında erməni qəhrəmanlarının homoseksuallığa meylliliyidir.
 
1912-ci ilə aid foto sübut edir ki, erməni idealoqu və “qəhrəmanı” homoseksual olub.
 
Ermənistanın “məşhur qəhrəman”ları arasında homoseksual olan təkcə Njde yox, Andranik və Monte Melkonyanın da adı keçir.

Baxış sayı: 4397 | Tarix: 29.01.2021
Bizi Telegramda izləyin: @repostaz