Paytaxtın Sabunçu rayonunda intihara cəhd olub.
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Elşən Mehdiyev küçəsində baş verib.
1995-ci il təvəllüdlü Məmmədova N. Firdovsi qızı gəmiricilərə qarşı nəzərdə tutulmuş zəhəri içib. Yaxınları onu dərhal Respublika Toksikologiya Mərkəzinə çatdırıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəyə səbəb ailə daxili mübahisə olub.
RePost.Az