Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti hər gün bəyanat yayaraq Ermənistandan Qarabağa qayıdan ermənilərin sayını açıqlayır.
 
Rusiya Müdafiə Nazirliyinin statistikasına görə, Xankəndinə artıq 51 136 erməni qayıdıb.
 
Həmişə olduğu kimi, rəsmi Moskva reallığı geosiyasi maraqlarına qurban verir.
 
Bəli, avtobuslarla İrəvandan Xankəndində 51 mindən artıq erməni daşınıb, belədir.
 
Lakin ötən ilin dekabrın 2-dən bəri Xankəndidən Ermənistana 34 mindən artıq erməni qayıdıb.
 
Ermənilər Qarabağda yaşamaq istəmirlər - Ermənistan mediasının, siyasətçilərinin və ələlxüsus da ermənilərin Telegram kanallarının köpüklü bravur iddialarına rəğmən.
 
Ötən ayın əvvəllərində "Qarabağda ermənilərə Rusiya pasportları paylanacaq" şayiəsi dolaşanda ermənilər Xankəndinə axışmağa başlamışdılar. Bu absurd iddianın fiksiya olduğunu anlayanda haylar geri döndülər.
 
Onların məqsədi Ermənisanda qalmaq deyil: Ermənistandakı haylar "karabaxneri" adlandırdıqları, "karabaxtsi heyvanneri" dedikləri qarabağlı ermənilərə nifrət edirlər.
 
Qarabağlı ermənilər Ermənistana, oradan da Rusiyaya, Ukraynaya, Qazaxıstana, Belarusa üz tutmağa hazırlaşırlar.
 
Qarabağda ermənilərin iki seçimi var: ya indiki şəraitlə barışıb yaşamalı, ya da rədd olub getməli.
 
İndiki şərait isə erməniləri təlaşlandırır.
 
 
Hər tərəfdə Azərbaycan ordusu, az sonra da kəndlərə və şəhərlərə azərbaycanlılar qayıdacaqlar.
 
Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə isə əkin-biçin yerləri, bağlar, kənd təsərrüfatı sahələri çox azdır. İş yerləri yox, gəlir yeri yox, qaz və elektroenerji hələlik Ermənistandan verilir, sonra bilinmir necə olacaq.
 
Ermənistandan Qarabağa yox, Qarabağdan Ermənistana erməni köçü var.
 
Qarabağda Rusiyanın sülhməramlı fəaliyyətinə gəldikdə isə, atəşkəs rejiminə nəzarət etmək və hərbi əməliyyatların bərpasına imkan verməmək üçün Rusiya Federasiyasının 1960 hərbçisi, 90 zirehli transportyoru, 380 nəqliyyat vasitəsi və xüsusi texnikadan istifadə olunur.
 
Şənbə günü Ağdam rayonunda açılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi isə regionda qüvvələr nisbətinin dəyişdiyini və yeni reallıqların hakim olduğunu göstərdi.
 
Mərkəz rusiyalıların Qarabağdakı 27 müşahidə postunun funksiyalarını tam təkrarlamaqla yanaşı, həmin məntəqələri idarə də edəcək.
 
Qarabağdakı situasiya, sadəcə, rusiyalı sülhməramlılar vasitəsilə yox, həm də PUA-ların köməyi ilə izlənilir. Eyni zamanda, kosmosdan peyk müşahidəsi, hava və quru kəşfiyyat-müşahidə vasitələrindən də istifadə olunur.
 
Moskvanın məqsədi bu mərkəz vasitəsilə Bakı və Ankara ilə tərəfdaş münasibətlərini qorumaqdır.
 
Azərbaycan və Türkiyə isə Qarabağda rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə olan ermənilərlə yanaşı, elə sülhməramlıların özlərini də nəzarətdə saxlayacaq.
 
Rəsmi Ankara dəfələrlə bəyan edib ki, qarabağlı ermənilər və Ermənistan "revanş" adı ilə yenidən terror aktlarına, silahlı hücumlara başlasalar, Bakıya tam və hərtərəfli dəstək verəcəklər.
 
 
Bununla belə, Rusiya və Türkiyə hərbçilərinin birgə sülhməramlı missiyasının tam sakit olacağını düşünmək yanlışdır. Çünki Rusiyada bir çox dairələr Ermənistanı və xüsusilə də qarabağlı erməniləri hər formada dəstəkləməyə meyllidir.
 
Suriyada Rusiya və Türkiyə hərbçilərinin birgə monitorinq aksiyaları buna dəlalət edir. Fəqət Suriyadan fərqli olaraq, Qarabağda rusiyalı hərbçilər sürəkli və fasiləsiz nəzarətdədir.
 
... Qarabağda situasiya ilk baxışdan çox mürəkkəb olsa da, vəziyyət Azərbaycanın xeyrinədir. Reallıqlar yenilənib, ölkəmiz Qarabağı işğalçılardan tamamən azad etmək uğrunda real və praktiki addımlar atır.
 
Çünki Qarabağ Azərbaycandır.

RePost.Az / milli.az

Baxış sayı: 4340 | Tarix: 01.02.2021
Bizi Telegramda izləyin: @repostaz