Göyçayda itgin düşdüyü bildirilən gənc qız Ağdaş rayonunda tapılıb. 
 
RePost.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçayın Veysəlli kənd sakini 21 yaşlı  Sevinc Nəzərova 4 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri onun tapılması üçün tədbirlər görsə də, nəticəsi olmayıb. Sevinc Nəzərova anasına zəng edərək ailə qurmaq məqsədilə sevdiyi oğlana, Ağdaşın Xosrov kənd sakini 22 yaşlı  Hüseyn Əlizadəyə qoşularaq evdən getdiyini bildirib. İndi onların harada yaşadığı məlum olmasa da qızın valideynləri onları axtarmaqda davam edir.
 
Amma bu iki gəncin məhəbbəti onları dərdə salıb. Çünki, onlar bir-birinə qoşulub qaçsalar da, xoşbəxt ola bilmirlər. Belə ki, bir ildir bir-birlərini sevdiklərini deyən Hüseyn və Sevinc gizlənmək məcburiyyətində qalıblar. Gənc qız atasının onu zorla başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir. Oğlanın valideynləri isə qız evinin təzyiqi ilə üzləşdiklərini iddia edirlər. Valideynlər qızın zorla qaçırıldığını iddia edərək polisə şikayət ediblər. Amma Sevinc  yeniyetmə olmadığı üçün valideyinlərinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını etiraf edib.
 
Qız adamları isə iki dəfə Xosrov kəndinə, oğlanın evinə gedərək onların yerini öyrənmək istəyiblər. Hazırda olduqları yeri valideynlərinə də bildirməyən gənclər onlara müraciət ediblər:
 
Hüseyn  Əlizadə: "Sevincin valideynləri mənə qızı verməyəcəklərini dedilər və elçiləri qəbul etmədilər. Sevinc mənə telefonla zəng etdi ki, onu başqa oğlana ərə vermək istəyirlər. Biz bir-birimizə qoşulub qaçmaq qərarına gəldik. Biz  buradan qızın valideynlərinə müraciət edirik ki, biz 4 gündür xoşbəxt ailə qurmuşuq. Bu günlərdə rəsmi nigahımız olacaq. Biz mehriban qohum olmaq istəyirik, valideynlərlə barışıq olsun. Biz  özümə toy mərasimi təşkil edəcəcəyik  və qız adamlarını da toyda görmək istəyirik".
 
RePost.Az

Baxış sayı: 6088 | Tarix: 10.02.2017
Bizi Telegramda izləyin: @repostaz