Digər Xəbərlər
Avtomobil həvəskarlarının marağına səbəb olan OO seriyasını hər kəs ala bilmir.
RePost.Az Avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan da məlum olur ki, bu seriyalı nömrəsi olan avtomobillərin sayı get-gedə artır. Amma onların arasında elə də ucuz maşınlar yoxdur. Bu avtomobillərdən ən ucuzunun dəyəri 100 min manatdır. «Bentley», «Rolls Royce», «Ferrari», «Galendevagen», «Mercedes» (müxtəlif super modellər), «BMW», «Range Rover», «Audi», «Lamborghini» və «Lexus» kimi markaların üzərində olan OO seriyalı nömrələrin əksəriyyətinin dövlət rüsumu 22 manat olsa da, buna inanlar elə də çox deyil…
Avtosfer.az OO seriyalı maşınların əks olunduğu həmin videoçarxı təqdim edir.
RePost.Az