Mütəxəssislərin fikrincə, bütün pandemiyalar vaksinasiya ilə bitir. Yanvarın 18-dən etibarən ölkədə başlayan vaksinasiya prosesi artıq 1 ildən çoxdur nəinki Azərbaycanın, bütün dünyanın əl-qolunu bağlayan COVİD-19 pandemiyasının da sonunu gətirəcəyini deməyə əsas verir.
Lakin dünyanın vaksinasiya prosesinə start verdiyi məqamda son zamanlar insanları bir sual daha çox düşündürür - Peyvənd olunmayanlar ölkə sərhədlərindən kənara çıxa bilməyəcək?
RePost.Az xəbər verir ki, Milli.Az-ın sorğusunu TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış cavablandırıb:
"İndiki vəziyyətdə vətəndaşlarımız PCR testləri əsasında xarici ölkələrə səfər edə bilirlər. Heç bir dövlət öz ölkəsinə gələnlərin mütləq peyvənd olunması tələbini qoymayıb. Vaksinlə bağlı hələ ki hər hansı bir dövlətin tələbi yoxdur".
RePost.Az