Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m² olan mənzildə bir ədəd divan və yataq dəsti yanıb. Yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb.
RePost.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Həmin şəxslər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.
Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.