Üç aydan çoxdur AZAL-da əmək haqları ödənilmir.
 
Bu barədə RePost.Az-a qurumdakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, sonuncu dəfə AZAL-ın işçiləri noyabr ayının maaşını alıblar. Mənbə onu da qeyd edib ki, işçilər ötən ilin məzuniyyət pullarını da hələ almayıblar. Əməkdaşların iddiasına görə, Cahangir Əsgərov şirkətdən gələn gəliri ailə biznesinə yönləndirir. Ona görə də AZAL-da idarələrin əmək haqlarının ödənilməsində problemlər yaranıb. 
 
Xatırladaq ki, bir neçə gün öncə Cahangir Əsəgov Prezident İlham Əliyevə zəng edərək AZAL-ın Şuşada Qarabağ regonal idarəsinin yaradılmasını təklif edib. Lakin Dövlət başçısı bundan əsəbiləşərək AZAL şefinin təklifini rədd edib və ona öz işləri ilə məşğul olmağı tapşırıb.  Maraqlıdır ki, işçilərin əmək haqqını ödəyə bilməyən Cahangir Əsgərov hansı pullarla Şuşada regional idarə açmaq istəyirmiş!?
 

Baxış sayı: 5176 | Tarix: 08.02.2021
Bizi Telegramda izləyin: @repostaz