Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 231 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3 167 nəfər vəfat edib, aktiv xəstə sayı 2 428 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 298, ötən müddət ərzində isə ümumilikdə 2 470 908 test aparılıb.

Baxış sayı: 4226 | Tarix: 10.02.2021
Bizi Telegramda izləyin: @repostaz