44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə Azərbaycan ordusu, təəssüflər olsun ki, Qarabağda itkilər verib. 10 noyabr 2020-ci il tarixindən bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu həyatını itirib.
 
RePost.Az xəbər verir ki, bundan əlavə 4 hərbi qulluqçumuz işğaldan azad edilən ərazilərdə qəzaya düşərək dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatlarda həmin şəxslər "həlak oldu" kimi təqdim edilir. Bəs döyüşdən sonra həyatını itirən hərbçilərə şəhid statusu veriləcəkmi?
 
Bu suala cavab olaraq hərbi ekspert Ramil Məmmədli ARB24-ə bildirib ki, qanunvericiliklə şəhid - döyüş şəraitində Silahlı Qüvvələrin rəhbərliyinin tapşırığı əsasında həyata keçirilən əməliyyatda həlak olan hərbi qulluqçudur: "Hərbi hissə ərazisində, qeyri-döyüş şəraitində ehtiyatsızlıq səbəbindən həlak olan şəxslər isə şəhid hesab olunmur".

Baxış sayı: 3808 | Tarix: 11.02.2021
Bizi Telegramda izləyin: @repostaz