Ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq.
Bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib.
“Bu, xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olarkən monitorda qeyd olunub. Qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib və yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında digər şirkətlərə də şamil edilib”, - deyə Əfəndiyeva bildirib.
RePost.Az