Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olan, indiki AzTV kanalının yaranmasından 65 il keçir.
 
RePost.Az xatırladır ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.
 
İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
 
1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
 
Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. 

Baxış sayı: 3029 | Tarix: 14.02.2021
Bizi Telegramda izləyin: @repostaz