Milli Azərbaycan Tarixi Muzeyinə gələnlər buranı həm də böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi kimi ziyarət edirlər.
 
RePost.Az Report-a istinadla xəbər verir ki, muzeyin yerləşdiyi bina vaxtilə Azərbaycanın məşhur neft milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) mülkü olub. Tağıyev ailəsi, yaxın qohumları ilə birlikdə bu üçmərtəbəli, yüksək memarlıq zövqü ilə inşa edilmiş binada 18 il yaşayıb. 1895-ci ildə təməli qoyulan binanın inşası 7 il davam edib. 101 otaqdan ibarət imarətdə Tağıyevin ailəsi xoşbəxt günlərini keçirib.
 
1920-ci ilin 28 aprelində Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bir çox varlı insanların mal-mülkləri kimi, Tağıyevin evi də müsadirə olunub. Tanınmış xeyriyyəçi böyük arzularla inşa etdirdiyi mülkünü tərk edərək ömrünün son illərini Mərdəkandakı bağ evində yaşamalı olub.
 
Süjeti təqdim edirik:


Baxış sayı: 3200 | Tarix: 14.02.2021
Bizi Telegramda izləyin: @repostaz