Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.
 
RePost.Az Report-a istinadla məlumat verir ki, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda qərar elan edilib.
 
Qərara əsasən, şikayət təmin edilməyib və “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.
 
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.
 
Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
 
“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.

RePost.Az

Baxış sayı: 4226 | Tarix: 17.02.2021
Bizi Telegramda izləyin: @repostaz