"Şagirdə məktəbə daxil olanda hicabı açması tösiyə edilib. Onlar isə polisə müraciət ediblər ki, guya şagirdi hicab bağladığı üçün direktor məktəbə qoymur".
 
Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın hicabla məktəbə gələn şagirdləri dərsə buraxmadığı deyilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat yayılıb.
 
Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün məktəblə əlaqə saxlayıb. Məktəbdən bildirilib ki, T.Mirzəyevanın yanında hazırda polis var. Valideyn şikayət etdiyi üçün məktəbə polis gəlib və faktı araşdırır:
 
"Şagirdin dərsdən qovulması xəbəri böhtandır. Bizim məktəbdə 7-ci sinifdə təhsil alan bir şagird hicab taxır. O da əvvəllər hicabda deyildi, yeni hicab bağlayır. Onu məktəbdən heç kəs qovmayıb. Sadəcə şagirdə bildirilib ki, məktəbə daxil olanda hicabı açsın. Onlar isə polisə müraciət ediblər ki, guya şagirdi hicab bağladığı üçün direktor məktəbə qoymur. Bu böhtandır".

Baxış sayı: 6069 | Tarix: 17.02.2021
Bizi Telegramda izləyin: @repostaz