Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 235 014 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib, aktiv xəstə sayı 2 807 nəfərdir. 
 
Ölkədə son sutka ərzində 7996, hazırkı dövrədək isə 2610880 test aparılıb.

Baxış sayı: 4739 | Tarix: 02.03.2021
Bizi Telegramda izləyin: @repostaz