Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb.
 
RePost.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
 
Bildirilib ki, martın 2-si ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 903 nəfər vaksinasiya olunub.
 
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313 582 nəfər peyvəndlənmə prosesində iştirak edib.
 
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Baxış sayı: 2991 | Tarix: 03.03.2021
Bizi Telegramda izləyin: @repostaz