"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri 3 gün işləməyəcək.
 
Xidmətdən RePost.Az-a verilən məlumata görə, 6 və 7 mart şənbə və bazar gününə, 8 mart isə Qadınlar gününə təsadüf etdiyi üçün "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri xidmət göstərməyəcək.
 
9 martdan isə vətəndaşlar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Baxış sayı: 2953 | Tarix: 04.03.2021
Bizi Telegramda izləyin: @repostaz