Məşhur mesajlaşma tətbiqi "WhatsApp" "iPhone"un köhnə versiyalarına xidməti dayandıracaq. 
 
RePost.Az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.
 
Bildirilir ki, "WhatsApp"ın təzə beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək dayandırılıb.
 
Qeyd edək ki, "WhatsApp" tərəfindən mobil qurğularla bağlı son qərar 2020-ci ilin fevralında verilib. Həmin qərarla "WhatsApp" Android 2.3.7 versiyasında işləyən smartfonlara xidməti dayandırmışdı. Bununla yanaşı, iOS 8 və daha köhnə versiyalarda da artıq 1 ildir ki, "WhatsApp" işləmir.

Baxış sayı: 3010 | Tarix: 09.03.2021
Bizi Telegramda izləyin: @repostaz