Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 233 383 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4 877 nəfərdir.
 
Ölkədə son sutka ərzində 10503, hazırkı dövrədək isə 2682116 test aparılıb.

Baxış sayı: 2668 | Tarix: 11.03.2021
Bizi Telegramda izləyin: @repostaz