Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.
 
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Rusiya Humanitar Reaksiya Mərkəzinin altıncı karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Kəlbəcər rayonuna çatdırıb.
 
“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

Baxış sayı: 2725 | Tarix: 11.03.2021
Bizi Telegramda izləyin: @repostaz