Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı rəsmi açıqlama yayıb. 
 
Qurumun mətbuat xidmətindən RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 
 
RePost.Az-ın əldə etdiyi məlumata görə, generalın həbsində bir neçə motiv var. Onun vəzifə səlahiyyətləırindən sui-istifadə etdiyi, hərbi hissələrə ayrılan vəsaiti təyinatı üzrə xərcləmədiyi və külli miqdarda dövlət əmlakını mənimsədiyi bildirilir.
 
Bundan başqa ehtiyatda olan generalın qəsdən adam öldürməsinə dair ittihamlar da səslənir. Deyilənə görə, onun 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirməsinə dair istintaq orqanlarında faktlar mövcuddur. 
 
 

Baxış sayı: 4568 | Tarix: 16.03.2021
Bizi Telegramda izləyin: @repostaz