“Bu gün vətəndaşlar sərbəst şəkildə rayonlara gedib-gələ bilərlər. Bu dəqiqəyə qədər hələ ki, rayonlara giriş-çıxışa hansısa məhdudiyyət qoyulmayıb”.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov RePost.Az-a açıqlamasında bildirib.
 
Qurum rəsmisinin sözlərinə görə, hələlik DİN-də bu məsələ ilə bağlı hansısa məlumat yoxdur.
 
“Bu məsələ ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Hazırda belə bir qərar verilməyib”, - deyə Ehsan Zahidov bildirib.
 
Xatırladaq ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
 
Ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştamlara qarşı da effektivdir.

Baxış sayı: 4378 | Tarix: 18.03.2021
Bizi Telegramda izləyin: @repostaz