Bakıda alt paltarında gəzən qız saxlanılıb.
RePost.Az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.
Şəxs əməlindən peşman olduğunu bildirib.
DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan videogörüntülər hüquq-mühafizə orqanlarını hərəkətə keçirib:
"Səbail Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır”.