Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu  gecə  5-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 
 
Bakıda gecə 6-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 
 
Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. 
 
Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz  olacaq. 
 
Martın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə  4-7 dərəcə  isti, gündüz  12-17 dərəcə isti , dağlarda gecə 0-5 dərəcə  isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti olacaq. 
 
Tibbi-meteoroloji proqnoz
 
Martın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün əlverişlidir.

Baxış sayı: 5309 | Tarix: 25.03.2021
Bizi Telegramda izləyin: @repostaz