Ekologiya və Təbii Sərvətlər Nazirliyi Acınohurda ərəb turistlərin ov macəralarına aid açıqlama verib.
 
ETSN-in Departament direktoru Hikmət Əlizadənin BAKU.WS-ə verdiyi məlumata görə, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti və icazələrin verilməsi Nazirliyin səlahiyyətləri xaricindədir.
"Acınohur yasaqlığının ərazindəki 372 hektar torpaq sahəsi 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bir neçə gün əvvəl onların heyvanlarla rəhmsiz rəftar etməsi barədə məlumat daxil olub və onlar bununla bağlı cərimə ediliblər. Dünən mətbuatda yayılan məlumatlara əsasən həmin ərazidə ov aparılması məlumatları daxil oldu. Dərhal araşdırılmala başlanıldı və fakt qismən təsdiqini tapdı", - deyə Hikmət Əlizadə bildirib. 
 
O həmçinin qeyd edib ki, sosial şəbəkələrdə əvvəlki illərə məxsus olan, hətta ərazisinin müəyyən etmək mümkün olmayan bır sıra foto və videolar paylaşılmışdı. İddia olunur ki, bunlar hamısı həmin ərazidə baş verib. Hazırda quşların miqrasiya dövrü bitib. Buna görə ölkədə quşların sayı da azdır. Amma bəzi faktlar təsdiqini tapdı. Bununla bağlı tərəfimizdən iki ərəb turist ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə təqribən 4000 manat civarında cərimələndi. Ümumiyyətlə, yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbilər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub. Araşdırmalar davam etdiriləcək. Əlavə məlumat olarsa, ictimaiyyət məlumat veriləcək”.

Baxış sayı: 3922 | Tarix: 26.03.2021
Bizi Telegramda izləyin: @repostaz