Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələki məlumat verilməyib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirib.
Bildirilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:
"Hələki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.
Lakin bildiriş aprelin axırına doğru gəlsə, vaxta görə zyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq". /milli.az
RePost.Az