Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib.
 
RePost.Az-ın məlumatına görə, Çinin “Sinovac”şirkətinin istehsalı olan “Coronavac” vaksininin növbəti partiyası bu gün ölkəyə çatdırılıb.  
 
Qeyd edək ki, Çinin "Sinovac" şirkətinin istehsalı olan 4 milyon doza “CoronaVac” vaksininin Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. Bundan əvvəl ölkəyə vaksin partiyası gətirilib. 
 
Azərbaycanda vaksinləşmə prosesinə bu il yanvarın 18-dən start verilib. İndiyədək ölkədə ümumilikdə 547 541 nəfər vaksinasiyadan keçib.
 
Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur.

Baxış sayı: 3960 | Tarix: 01.04.2021
Bizi Telegramda izləyin: @repostaz