Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.
 
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.
 
Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.

Baxış sayı: 4055 | Tarix: 01.04.2021
Bizi Telegramda izləyin: @repostaz