Aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. 
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq. 
 
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55  faiz təşkil edəcək.  
 
Aprelin 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 7-12, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq. 
 
Tibbi-meteoroloji proqnoz: 
 
Aprelin 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
 
 

Baxış sayı: 2991 | Tarix: 07.04.2021
Bizi Telegramda izləyin: @repostaz