Abşeron rayonundakı boya fabrikində fəhlənin üzərinə torpaq tökülməsi nəticəsində şəxs hadisə yerindəcə vəfat edib.
 
RePost.Az-a bu barədə Abşeron rayon parkroluğundan məlumat verilib.

Məlumata görə aprelin 4-də saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı fabriki olan “Rəmzi S” MMC-də fəhlə işləyən Usubov Adəm Famil oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İlkin istintaqla müəyyən edilmişdir ki, Adəm Usubov  qeyd edilən fabrikdə müəyyən işlər görərkən ətrafa yığılmış torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölmüşdür.
 
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Baxış sayı: 4321 | Tarix: 08.04.2021
Bizi Telegramda izləyin: @repostaz