Son günlər bir sıra vətəndaşlar açıq havada maska taxmaq qərarının ləğvi üçün sosial şəbəkələrdə aksiyaya başlayıb.
 
RePost.Az baku.ws-ə istinadən bildirir ki, #nəfəsalaq həştəqi ilə həyata keçirilən sosial aksiyada insanlar parklarda, küçələrdə, yürüşlərdə tibbi maskadan istifadənin məcburi olması haqda qadağanın ləğv edilməsini istəyirlər.
 
Sosial şəbəkədə başladılan aksiyanın genişmiqyaslı olmasını nəzərə alaraq yay fəslində maska qadağasının ləğv edilmə ehtimalı böyük maraqla gözlənilir. Mövcud məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudova müraciət etdik.
 
Deputat bildirib ki, son günlərdə çox böyük müzakirə mövzusu olan açıq hava və parklarda gəzərkən kütləvilik olmadığı yerlərdə, eləcə də məsafənin qorunması ilə birlikdə maskanın istifadəsi ilə bağlı məsələ yaxın gələcəkdə adiyyəti qurumlar, eləcə də qanunvericlik bazasında müzakirə olunacaq:
 
"Yay aylarında, xüsusən indi başlamış olan dalğanın sönməsindən və epidemioloji vəziyyət də imkan verdikdən sonra gələcəkdə bu və digər karantin rejimlərində yeni-yeni yumşalmalara nail olacağıq.

Baxış sayı: 4549 | Tarix: 09.04.2021
Bizi Telegramda izləyin: @repostaz