“Bu gün qiymətlə bağlı hər hansı bir məsələ gündəmdə deyil”.
 
RePost.Az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
 
O, son vaxtlar sosial mediada qazın qiymətinin artacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib:
 
“Bu gün qazın qiyməti və Tarif Şurası ilə bağlı sosial şəbəkələrdə müzakirələr olur. Biz bildirmək istəyirik ki, hazırda bu məsələ ilə bağlı “Azəriqaz”da hər hansı bir məsələ gündəmdə deyil.
 
Əslində bu istiqamətdə hansısa suala cavab vermək çətindir. Çünki biz qazın ölkə üzrə paylanması funksiyasını həyata keçiririk”.

Baxış sayı: 4397 | Tarix: 09.04.2021
Bizi Telegramda izləyin: @repostaz