Azərbaycanda həkim koronavirusdan vəfat edib.
 
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.
 
Məlumatı Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.
 
Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.

Baxış sayı: 4283 | Tarix: 12.04.2021
Bizi Telegramda izləyin: @repostaz