Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda iştirak edir.
RePost.Az-ın məlumatına görə, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.
Dövlətimizin başçısı konfransda çıxış edib.
Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edir.