“Azərbaycanın mövqeyi konstruktiv idi”.
RePost.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman ən qısa müddətdə həll yolunu tapmaqda maraqlı olub, çünki biz əziyyət çəkən tərəf idik: “Danışıqlar zamanı güclü bir hissim var idi və bunu bölüşürdüm ki, Ermənistan həlli yolu istəmir. Onlar deyirdilər ki, bunu istəyirlər, lakin bu həllin olmaması üçün hər şeyi edirdilər. Ərazilərimizin azad edilməsindən sonra gördüklərimiz o istehkamlar, minalanmaya və müdafiə xətlərinin tikilməsinə qoyulan yüz milyonlarla dollar... Biz aydın şəkildə başa düşürük ki, onlar bunu həmin torpaqları əbədi olaraq işğal altında saxlamaq üçün edirdilər”.