Bakıda 20 yaşlı qız çoxmərtəbəli binadan yıxılıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.
 
2001-ci il təvəllüdlü İsazadə Gülnar Qabil qızı yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.
 
Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.
 
 

Baxış sayı: 4777 | Tarix: 16.04.2021
Bizi Telegramda izləyin: @repostaz