Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 19-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən RePost.Az-a verilən xəbərə görə, onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.