Paytaxtın Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 binanın mərhələli şəkildə sökülərək yenidən tikilməsi nəzərdə tutulub.
RePost.Az publika.az-a istinadən bildirir ki, torpaqdan istifadə Mənzil İnşaatı Dövlət Agentliyinin ixtiyarına verilib.
Sözügedən binaların 12-si sökülüb, yeni binaların layihələndirilməsi başa çatdırılıb və tikinti işlərinə başlanılıb.
"Sovetski" adlanan ərazidə də daşınma və köçürülmə işləri davam etdirilib. Bundan başqa, 10 müxtəlif təyinatlı qeyri-qanuni bina sökülüb.
RePost.Az