General-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi. 

Baxış sayı: 4739 | Tarix: 25.04.2021
Bizi Telegramda izləyin: @repostaz